6 rəis, baş mexanik və mütəxəssis vəzifələrindən azad olunub – “Qarasu” və “Şirvan Oil” şirkətlərində nə baş verir?backend
Şirvan şəhərində fəaliyyət göstərən “Qarasu” əməliyyat şirkətində çalışmış təcrübəli yerli mütəxəssislər kütləvi şəkildə vəzifələrindən çıxarılıb.
“Yeni Gündəm” Reportyor.info-ya istinadla xəbər verir ki, şirkətin prezidenti, əslən Rusiya vətəndaşı olan Vladimir Davlyatov kadrlar idarəsinin rəhbəri Fərid Əliyevin təqdiatı ilə bu şəxsləri işdən azad edib:
“Kələşov Əhməd neft qaz hasilatı üzrə menecmenr
Məlikov Rauf istehsalat və texniki şöbənin rəisi
İsmayılov Nofəl əsaslı və yeraltı təmir sexinin rəisi
Allahverdiyev Tural kirayə təmir sexinin rəisi
Vəliyev Şaiq neftin emalı sexinin rəisi
Bağırov Rasim baş mexanik
Səmədov Şaiq tikinti təmir sexinin rəisi
Məlikov Aqil neft qaz çıxarma sexinin rəisi
Adlarını təqdim etdiyimiz neftçilər Əmək Məcəlləsinin 70 maddəsinin C bəndi ilə “Qarasu” əməliyyat şirkətindən xaric ediliblər”.
Məlumatda o da qeyd olunur ki, Vladimir Davlyatov  “Qarasu” və “Şirvan Oil” əməliyyat şirkətinin prezidenti Vladimir Davlyatov 30 min ABŞ dolları, Fərid Əliyev isə 5 min manat əmək haqqı alır.