İranda son bir ayda 60-dan çox məhbus edam edilib.
“Yeni Gundem” xəbər verir ki, İran İnsan Haqları Mərkəzi xəbər verir ki, dünən Kerman əyalətinin mərkəzi həbsxanasında daha 7 məhbusun dar ağacından asılıb.
Məlumata görə, Kaşan, Kerman, Bəndər-Abbas, o cümlədən Təbriz şəhər həbsxanalarında məhbusların edam edildiyi bildirilib.
Qeyd edək ki, edam edilən məhbuslar, “qətl, cinsi istismar, narkotik maddələrin qanunsuz dövriyyəsi və silahlı soyğunçuluq”da ittiham ediliblər.
Xatırladaq ki, noyabrın 8-də İranda 17 məhbusun edam hökmünün həyata keçirildiyi ilə barədə də xəbər verilmişdi.
Mənbə: Azad İran
Aynur Camal