62 nömrəli məktəb-liseyin direktoru “Son zəng”də məzunlara maraqlı sürpriz etdi – VİDEObackend

Məlum olduğu kimi, bu gün ölkəmizdəki məktəblərdə 11-ci sinif şagirdləri üçün “Son zəng” çalınıb. Təhsil müəssisələrində təşkil olunan tədbirlərdə məzunlar tərəfindən bir-birindən maraqlı oyunlar, rəqslər nümayiş etdirilib.

“Yeni Gundem” xəbər verir ki, tədbirlər içərsində ən diqqətçəkən məqamlardan biri Bakının Nizami rayonunda yerləşən 62 nömrəli orta məktəbdə yaşanıb. Belə ki, məktəbin direktoru Mətanət Cabbarlı, məktəbin 10-cu sinif şagirdi Əli və 9-cu sinif şagirdi Yetər, 11-ci sinifin məzunları üçün gənclik nəğmələri hazırlayıb.

Qeyd edək ki, gənclik nəğməsi məzunları üçün gözlənilməz sürpriz oldu.

Daha ətraflı videonu təqdim edirik: