Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) bu gün elan edib ki, müalicə müddətini 75 faizə qədər qısaldan “xərçəng peyvəndi” hazırlayıb.
“Yeni Gundem” xəbər verir ki, beləliklə NHS dünyada xərçəngə qarşı peyvənd təklif edən ilk ictimai səhiyyə xidməti oldu.
Tədqiqatlar xərçəngə qarşı müalicə istehsal etməyə davam edərkən, tapılan vaksinlər artıq istifadəyə verilir.
Belə ki, Böyük Britaniyada yaradılan xərçəng peyvəndi təxminən 7 dəqiqə ərzində tətbiq edilir və xəstəliyi azaldır.
Dünyada ilk olan bu təcrübə İngiltərədə həyata keçirilir.
Hal-hazırda xəstələr xəstəxanada dərman transfuziyası vasitəsilə ömürlük immunoterapiya olan atezolizumabı birbaşa damarlarına alırlar. Tətbiq etmək adətən təxminən 30 dəqiqə çəkir, ancaq damara çatmağın çətin olduğu bəzi xəstələrdə bu müddət bir saata qədər ola bilər.
Atezolizumab, xərçəng hüceyrələrini axtarmaq və məhv etmək üçün xəstənin öz immun sistemini gücləndirən immunoterapiya dərmanıdır. Müalicə hazırda ağciyər, döş, qaraciyər və sidik kisəsi də daxil olmaqla müxtəlif növ xərçəngi olan NHS xəstələrinə transfüzyon yolu ilə təklif olunur.
“İndi isə yüzlərlə xəstə xəstəxanada daha az vaxt keçirə biləcək”- bunu NHS Milli Xərçəng Direktoru Professor Peter Johnson vurğulayıb.
Mənbə: EnSonHaber
Aynur Camal