7 sentyabr Mavi Səma üçün Beynəlxalq Təmiz Hava Günüdürbackend

BMT Baş Assambleyasının 19 dekabr 2019-cu il tarixli Qətnaməsi ilə qeyd olunan Mavi Səma üçün Beynəlxalq Təmiz Hava Günü bütün dünya ölkələrinin diqqətini havanın çirklənməsi probleminə cəlb etmək üçün nəzərdə tutulub.

“Yeni Gundem” xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Sadiq Qurbanov deyib.

BMT-nin əsas məqsədi bütün dünya dövlətlərinin diqqətini bu problemə cəlb etmək, planetin havasının keyfiyyətini yaxşılaşdırmaq üçün müəssisələrdən və nəqliyyatdan atmosferə atılan zərərli emissiyaların azaldılması nail olmaqdır. Yer atmosferinin keyfiyyətinin yaxşılaşdırılması uğrunda mübarizədə yalnız kompleks yanaşma və bütün ölkələrin hökumətlərinin birgə səyləri səmərəli nəticələr verə bilər.
Tibb alimləri təsdiq edirlər ki, insult, xroniki respirator xəstəliklər, ağciyər xərçəngi və hətta ürək-damar xəstəliklərindən insan ölümlərinin üçdəbirinə qədəri atmosferin çirklənmiş vəziyyəti ilə bağlıdır.
Antropogen fəaliyyət zamanı atmosferə atılan hissəciklər və qazlar nəinki iqlim sferasında qlobal dəyişikliklərlə nəticələnir, həm də insan sağlamlığına birbaşa mənfi təsir göstərir. BMT-nin məlumatına görə, dünyanın 99 faizi havanın çirklənməsindən təsirlənir. Bu da ildə 6,5 milyon insanın vaxtından əvvəl ölümünə səbəb olur.