73-cü “Emmy” mükafatının qalibləri bəlli olubbackend

73-cü Beynəlxalq “Emmy” mükafatının qalibləri bəlli olub.

“Yeni Gündəm” TASS-a istinadən xəbər verir ki, laureatların adları CBS (Los-Anceles) kanalı vasitəsiylə açıqlanıb.

Ən yaxşı dramatik serial nominasiyasının qalibi “Tac” (“The Crown”) serialı olub.

Ən yaxşı komediya serialı nominasiyasının qalibi “Teda Lasso”,

ən yaxşı mini-serial nominasiyasının qalibi isə “Kraliçanın gedişi” serialı olub.

Aktyor nominasiyaları

Aktyorlar Cin Smart və Ceyson Sudeykis “Teda Lasso” komediya seriallında oynadıqları baş obrazlara görə “Emmy” mükafatına layiq görülüblər.

“Tac” serialında rol almış Oliviya Kolman və Coş Okonnor dramatik filmdəki ən yaxşı baş obraz nominasiyası üzrə qalib seçiliblər.

Aktrisa Keyt Uinslet mini-serialdakı çıxışına görə ən yaxşı aktrisa nominasiyasının qalibi olub.

Emmy barədə

Qeyd edək ki, əlində atom modeli olan qanadlı qadının heykəlciyi olan mükafat Televiziya elmləri və İncəsənət Akademiyası tərəfindən ən fəal baxış müşahidə olunan axşam saatlarında yayımlanan verilişlərə görə verilir. Praym-taym (axşam verilişləri), günorta, beynəlxalq, idman, xəbər və sənədli proqramlar üçün də Emmy mükafatları verilir. Onların təqdimetmə mərasimləri hər il, lakin müxtəlif aylarda keçirilir. Axşam verilişləri üçün verilən mükafat bütün Emmy-lərin içində ən məşhuru və nüfuzlusu hesab olunur.

Sonda onu da qeyd edək ki, əsas qalib olan “Tac” serialının ekrana çıxışı dekabrın 8-nə təsadüf edəcək.

Ayşən Rəhim