81 yaşlı kişiyə ərə gedən gənc aktrisa adını dəyişdibackend

ABŞ-da özündən 48 yaş böyük Patrik Qradi ilə ailə quran türkiyəli aktrisa Meltem Miraloğlu adını dəyişib.

“Yeni Gündəm” “Hürriyet”ə istinadən xəbər verir ki, 33 yaşlı aktrisa özünə Qradi adını seçib. Amerikada karyerasını davam etdirmək istədiyini deyən Miraloğlu bu məqsədlə belə bir addım atdığını deyib.

Xatırladaq ki, “Həyat davam edir” serialında “uşaq gəlin” obrazı ilə məşhurlaşan aktrisa daha sonra ABŞ-da 81 yaşlı Patriklə ailə qurması ilə gündəmə çevrilmişdi.