92 polis əməkdaşı xidmətdən xaric edilibbackend

Ötən il 287 fakt üzrə 351 polis əməkdaşı intizam qaydasında cəzalandırılıb.

“Yeni Gundem” xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd edilib ki, onlardan 92-si xidmətdən xaric edilib, 52-i tutduğu vəzifədən azad edilib, 206-si barədə digər tənbeh tədbirləri götürülüb.