AAAF-ın aldanmış sakinləri Ölkə Başçısından kömək istədilərbackend

Bu gün AAAF PARK MMC -dən narazı sakinlər növbəti dəfə  etiraz  aksiyası kecirdiblər.

6 ildir  ki, nə evinə, nədə ki, puluna sahib ola bilməyən sakinlərin növbəti  etiraz aksıyası    Abşeron RİH – nin qarşısında baş  tutub.  Abşeron RİH -nin başçısı İradə xanım  Gülməmmədova  sakinləri qəbul edib çox təmkinlə dinlədikdən sonra,AAAF -Park MMC – nin bir neçə  nümayəndəsini   sakinlərlə görüşə dəvət edib.  AAAF -PARK  MMC-nin nümayəndələri  Zaur bəy və  sözügedən şirkətin Hüquqşünası ( kimi özünü) təqdim edən şəxs  sakinlərin suallarına cavab olaraq  bildiriblər ki, 3 ay ərzində evlərin tikintisinə başlanacaq.

Aksyaçılardan bir neçəsinin,və eləcədə  çəkliş aparan jurnalist Rəsmiyyə Aydınqızıının sualını cavabsız qoyan   nümayəndələr,  jurnalisti və sakinləri AAAF- Park-ın ofisinə dəvət etsələrdə lakin sakinlər  RİH -dən  bir başa   Abşeron Rayon Məhkəməsinə üz tutdular.

Sakinlərdən bir  neçəsi saytımıza verdikləri müsahibədə bildiriblər ki, 6 ildə bir neçə dəfə  etiraz aksiyası keçirtsələrdə  AAAF-PARK  MMC-nin sədri Tofiq Heydərvla görüşə bilməyiblər.  Şirkətin rəhbəri  Tofiq bəy müxtəlif bəhanələrlə görüşdən yayınıb.

Aksiyaçılar Ölkə Başçısı Prezident İlham Əliyevə  müraciət ünvanlayaraq : “Cənab Prezident Bizə kömək edin ,”Ümidimiz yalnız Sizədir” kimi  şüarlar səsləndiriblər .

P.S

Məlumat üşün bilidirik ki, Rəsmixəbər .az saytı artıq 2014 -cü ildən fəaliyyət göstərir və bu müddət ərzində Dövlət və dövlətçilik prinsiplərinə sadiq olaraq  heç bir qərəzli nə yazı nədə ki, material bizim tərəfimizdən işıqlandırılmayıb. Hər bir çəklişdə  də öz saytımızın adından  çıxış etmişik bizim saytımızın yetərincə oxucu və izləyiciləri var.  Hər hansı məsələ  ilə bağlı  saytımıza   müraciət  edən hər bir vətəndaşın şikayəti  araşdırılıb  və qarşı tərəfində  mövqeyini bildikdən sonra saytımızda işıqlandırılıb. Lakin bu gün aksıyanı çəkib qurtardıqdan sonra  AAAF -Park-ın Fb səhifəsində  ünvanımıza şər -böhtan kimi sözlər yazması  bir daha sübut edir ki, AAAF Park -MMC -nin barəmizdə yazdığı xoşagəlməz sözlər bizim tərəfimizdən  aparılan çəkilişin onların  dələduz əməllərinin üzə çıxmasına narahat olmaqlarıdır.Onun  üçün də barəmizdə  müxtəlif ifadələr yazıb işimizə   mane olmaqdır…

Ölkə başçısı Cənab Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında vurğulayıb: “Qanun şahdır  ,şah qanun deyil.”