Abid Şərifovun vəziyyəti ağırlaşdıbackend

Baş nazirin sabiq müavini Abid Şərifov xəstəxanaya yerləşdirilib.

“Yeni Gündəm” xəbər verir ki, Abid Şərifov böyrəklərində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilsə də,  orda çoxsaylı problemlərinin olduğu ortaya çıxıb. Bu barədə danışan Abid Şərifov daha sonra virusa görə xəstəxanadan imtina etdiyini, evdə müalicələrinin davam etdiyini bildirib.

“Hazırda vəziyyətim pisdir. Xəstəxanaya getdim. Virusa görə imtina etdim, evdə müalicə alıram. Yanaşı problemlərim çoxdur. Saymaqla qurtarmaz”.Manset.az