“ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına sadiqdir”backend

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel növbəti brifinqdə bildirib ki, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına sadiqdir.

“Yeni Gundem” xəbər verir ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı apardığını xatırladıb.

“Dövlət katibinin (ABŞ Entoni Blinken – red.) daha əvvəl dediyi kimi, birbaşa dialoq bu problemin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Biz Ermənistan və Azərbaycan arasında həm ikitərəfli əsasda, həm tərəfdaşlarla, həm də çoxtərəfli təşkilatlar çərçivəsində danışıqlara yardım etməyə davam edəcəyik”, – Patel əlavə edib.

Fərahim Rəhimov