ABŞ-da çökən binada ölənlərin sayı artdıbackend

ABŞ-ın Florida ştatının Mayami şəhərində 13 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 18-ə çatıb.

“Yeni Gündəm” xarici KİV-ə istinadən xəbər verir ki, binanın dağıntıları altından daha iki qız uşağının cansız bədəni çıxarılıb.

Sözügedən cəsədlərin 10 yaşlı Lusia və dörd yaşlı Emma Quara aid olduğu bildirilib. Bundan başqa, dağıntılar altında daha 145 nəfərin olduğu güman edilir ki, onların taleyindən hələlik heç bir xəbər yoxdur.

ABŞ Prezidenti Co Bayden və həyat yoldaşı Cill Bayden bu gün binanın yerləşdiyi bölgəyə gedərək, ailələrlə görüşəcək, xilasetmə işlərini yerində izləyəcək.