ABŞ-da demokratlar Senatda da çoxluq qazanıblarbackend

ABŞ Prezidenti Co Baydenin inauqurasiyası günü Demokratların iki yeni senatorunun Nümayəndələr Palatasında and içməsi ilə daha bir vacib addım atılıb.

“Yeni Gündəm” xəbər verir ki, yanvarın 5-də Corciya ştatında keçirilən ikinci tur seçkilərində qalib gələn senatorlar – Con Ossoff və Rafael Varnok Senatda and içiblər. Bu nəticə ilə Demokratlar üzvü 50 senatora çatıb və Senatda üstünlük əldə ediblər.

Dünən Senata rəhbərlik edən Vitse-prezident Kamala Harrisin and içərək rəsmi olaraq vəzifəsinə başlaması demokratların uğuru hesab olunur.

Ağ Evdən sonra Senatda çoxluq qazanan demokratlar Nümayəndələr Palatasında da üstünlüyə sahibdirlər.