ABŞ-da güclü zəlzələ olubbackend

ABŞ-ın Kaliforniya ştatında 5,6 bal gücündə zəlzələ olub.

“Yeni Gundem” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Amerika Geoloji Araşdırmalar Mərkəzi məlumat yayıb.

Zəlzələ Petrolia bölgəsinin 5 kilometr cənub-qərbində meydana gəlib. Təkanlar 9,5 kilometr dərinlikdə qeydə alınıb. Tələfat barədə məlumat yoxdur.