ABŞ-da həkim 25 xəstəni qəsdən öldürməkdə ittiham edilibbackend

ABŞ-ın Ohayo ştatında həkim 37-85 yaş arası 25 xəstənin ölümündə ittiham edilir. 

“Yeni Gundem” xarici KİV-ə istinadən xəbər verir ki, ittihamçılar bildiriblər ki, 43 yaşlı həkim Uilyam Hyuzel şüurlu şəkildə 25 xəstəsinə ölümcül dozada fentanil ağrıkəsicisi təyin edib.

İstintaqçıların məlumatına görə, həkimin bu addımı ölümü tezləşdirməkdən başqa məqsəd daşımayıb. Belə ki, onun təyin etdiyi dozalar normanı 10, 20 və 40 dəfə aşıb.

Rəsmilər həkimin əməlinin motivini hələ aşkarlamayıblar. Hyuzelin vəkili iddia edir ki, o sadəcə xəstələrin ağrılarını yüngülləşdirməyə çalışıb, öldürmək istəməyib.