ABŞ-da tornado 5 nəfərin həyatına son qoyubbackend

ABŞ-ın Missuri ştatını tornado vurub, nəticədə azı 5 nəfər ölüb , 5 nəfər yaralanıb.

“Yeni Gundem” Xarici KİV-ə istinadən xəbər verir ki, Tornado ən çox Qlen Allen kəndini vurub, evləri və avtomobilləri dağıdıb, ağacları kökündən çıxarıb və elektrik xətlərini söküb.

Missuri ştatının qubernatoru Mayk Parsonsun sözlərinə görə, ştat evlərini itirənlərə yardım edəcək. Onun sözlərinə görə, fəlakətin nəticələrini aradan qaldırmaq həftələr və aylar çəkəcək. Qubernatorun sözlərinə görə, prezident Co Bayden ştata kömək edəcəyinə söz verib.