ABŞ-dan Bakı və İrəvana çağırışbackend

ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycanla Ermənistanı humanitar məsələlər üzrə fəal dialoqa çağırıb.

“Yeni Gündəm” xəbər verir ki, Entoni Blinken bu barədə ATƏT-in xarici işlər nazirlərinin Stokholmda keçirilən iclasında çıxışı zamanı danışıb.

“Biz Azərbaycan və Ermənistan arasında, hər iki ölkənin hökumətləri arasında birbaşa dialoqun bərpa edilməsini alqışlayırıq”, – deyə Blinken bildirib.

Blinken, həmçinin Bakı və İrəvanı sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlamağa, iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasına səsləyib.