ABŞ-dan Ceyhun Bayramovla bağlı AÇIQLAMA: XİN başçısının bu addımı…backend

ABŞ-ın Dövlət katibi Entoni Blinken Azərbayacan və Ermənistan XİN başçılarının Tbilisdəki görüşünə münasibət bildirib. 

“Yeni Gündəm”-in məlumatına görə, Blinken bu barədə “Twitter“ hesabında paylaşım edib.

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Tbilisidə görüşərək müsbət addım atdı. Birbaşa dialoq Azərbaycan və Ermənistan fikir ayrılıqlarının həllinin ən etibarlı yoludur”, – deyə paylaşımda qeyd olunub.