ABŞ-dan sərhəddəki vəziyyətlə bağlı BƏYANATbackend

Amerika Birləşmiş Ştatları Azərbaycan-Ermənistan sərhədində baş verən hadisəyə münasibət bildirib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Morqan Ortequs bəyanat yayıb.

Bəyanatda qeyd edilir ki, ABŞ sərhəddəki qarşıdurmaları qınayır: “ABŞ bu zorakılığı qəti şəkildə pisləyir. Tərəfləri dərhal güc tətbiqini dayandırmağa, sonrakı eskalasiyadan qaçmağa çağırırıq. Ölkələri aralarındakı rabitənin birbaşa kanallarından istifadə etməyə, atəşkəsə ciddi əməl etməyə səsləyirik”.

Bəyanatda bildirilib ki, Amerika Birləşmiş Ştatları ATƏT-in Minsk Qrupunun həmsədri kimi tərəflərə Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla həllinə kömək etməkdə sadiq qalır. Əlavə edilib ki, vəziyyət uyğun olaraq, ATƏT müşahidəçilərinin bölgəyə gətirilməsi vacib hesab edilir.