ABŞ Dövlət katibindən AÇIQLAMAbackend

ABŞ Dövlət katibi Mayk Pompeo Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verənlərə münasibət bildirib.

“Yeni Gündəm”-in xəbərinə görə, M. Pompeo deyib ki, hər iki tərəf şiddətə son verməlidir.

“Dağlıq Qarabağda hər iki tərəf şiddətə son verməli, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə işləməli və mümkün qədər tez substantiv danışıqlara qayıtmalıdır”, – deyə ABŞ Dövlət katibi qeyd edib.APA