ABŞ dövlət katibinin köməkçisi Azərbaycana gəldibackend

ABŞ dövlət katibinin beynəlxalq təşkilatlar üzrə köməkçisi Mişel Siso Azərbaycanda səfərdədir.

“Yeni Gundem” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, dövlət katibinin köməkçisi cari və potensial çoxtərəfli əməkdaşlığın sahələrini nəzərdən keçirəcək. Buraya “Dayanıqlı İnkişaf Məqsədlərinə” nail olmaq konteksti və iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və qlobal səhiyyə təhlükəsizliyi daxil olmaqla, transmilli problemlərin həlli kimi məsələlər də daxildir.

O, həmçinin Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru vəzifəsinə ABŞ tərəfindən namizədliyi irəli sürülən Emi Pope üçün təbliğat aparacaq.

Qeyd edək ki, M.Sison ABŞ Dövlət Departamentinin Beynəlxalq Təşkilat İşləri Bürosuna rəhbərlik edir. Altı diplomatik missiyası (Cenevrə, Monreal, Nayrobi, Nyu-York, Roma və Vyana) olan büro Birləşmiş Millətlər Təşkilatında və digər çoxsahəli təşkilatların geniş spektrində ABŞ siyasətini hazırlayır və həyata keçirir. Təşkilatın əsas missiyası daha effektiv və səmərəli BMT və çoxtərəfli sistem vasitəsilə ABŞ-nin maraqlarını inkişaf etdirmək üçün bir vasitə kimi çoxtərəfli diplomatiyadan istifadə etməkdir.