ABŞ Əfqanıstandan 17 min nəfər təxliyə edibbackend

ABŞ Əfqanıstanın paytaxtı Kabildən avqustun 14-dən bəri 17 min nəfəri təxliyyə edib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə məlumatı ABŞ Müdafiə Nazirliyi (Pentaqon) yayıb.

Bildirilib ki, bunlarıb 2500-ü ABŞ vətəndaşıdır. Qeyd olunub ki, hazırda 5800 amerikalı əsgər təxliyələrə kömək edir.