“Yeni Gundem” xəbər verir ki, Çin sədri Si Cinpin Çinin ümumi rifah və bütün dünyanın rifahı naminə ABŞ ilə əməkdaşlığa hazır olduğunu açıqlayıb.
Çin Xalq Respublikasının rəhbəri aydınlaşdırıb ki, Pekin Vaşinqtonla işləmək, qlobal problemləri həll etmək, bir-birinin tərəqqisini təşviq etmək və ümumi rifaha can atmaq istəyir.
“Qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qarşılıqlı əməkdaşlığın üç prinsipinə uyğun olaraq, Çin birgə faydalı əməkdaşlığı inkişaf etdirmək və fikir ayrılıqlarını düzgün şəkildə həll etmək üçün Amerika tərəfi ilə əməkdaşlığa hazırdır”, – Sinxua xəbər agentliyi Çin rəhbərinin sözlərindən sitat gətirib.
Mesajda həmçinin qeyd olunub ki, Çin qlobal problemləri həll etmək, bir-birinin tərəqqisini təşviq etmək və hər iki ölkəyə eyni zamanda dünyaya fayda gətirmək, ümumi rifahı qoruyub saxlamaq üçün səy göstərməyə hazırdır və ABŞ tərəfi ilə işləmək istəyir.
Xatırladaq ki, ABŞ-Çin münasibətləri üzrə Milli Komitə 1966-cı ildə ABŞ-da mülki, dini və biznes icmalarını təmsil edən “Çin müşahidəçiləri” qrupu tərəfindən yaradılıb.
Mənbə: mail.ru
Aynur Camal