ABŞ-ın Azərbaycandakı səfiri Vətən müharibəsində həlak olanların xatirəsini yad etdibackend

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Vətən müharibəsində həlak olanların xatirəsini yad edib.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə səfirliyin “Twitter” hesabında bildirilib.

“Səfir Litzenberger keçən il baş verən qarşıdurmada həyatını itirənlərin xatirəsini ehtiramla yad etdi. Ötən il və illər ərzində Qarabağ münaqişəsində ölən və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk”, – səfirlik bildirib.