ABŞ-ın F-35 qırıcı təyyarəsi qəzaya uğradı – Pilot sağ qaldıbackend

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35A Lightning II qırıcısı Florida ştatında yerə enərkən qəzaya uğrayıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə RİA Novosti ABŞ Hərbi Hava Qüvvələrinin 33-cü qırıcı qanadına istinadən xəbər verir.

Pilot uğurla çıxmağı bacarıb, həyatı təhlükə altında deyil. Hazırda tibbi nəzarətdədir. 55-ci heyətə aid beşinci nəsil qırıcısının Eglin Hərbi Hava Qüvvələri bazası yaxınlığında qəzaya uğramasının səbəbi aydınlaşır.

Qəza zamanı mülki obyektlərə ziyan dəyməyib.

Mayın 15-də də Florida ştatındakı Eglin bazasında F-22 Raptor qırıcısı təlim uçuşu zamanı qəzaya uğramışdı, pilot kabinadan çıxmağı bacarmışdı.

Babək Göyüş