ABŞ-ın Mərkəzi Asiya siyasəti – “Blinkenin Mərkəzi Asiya səfəri Rusiyanın mövqeyinə zərbə vurmaq xarakteri daşıyır”backend

Mərkəzi Asiyanın geostrateji əhəmiyyəti getdikcə artır.Həm orta dəhliz ideyası kontekstində ,həm də karbohidrogen ehtiyatlarının nəqli ilə bağlı çox mühüm məsələlər müzakirə olunur.Məhz bu səbəbdən ABŞ-ın dövlət katibi Entoni Blinken Mərkəzi Asiyada səfərdə olub.Qazaxıstan və Özbəkistanda keçirdiyi görüşlərlə yanaşı ,həm də C5+1 formatında çox mühüm görüş keçirilib.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Politoloq İlyas Hüseynov bildirib.

O açıqlayıb ki,Blinkenin Mərkəzi Asiyaya səfəri ABŞ-ın ordakı dayaqlarının daha da möhkəmləndirilməsi və Rusiyanın mövqeyinə zərbə vurulması xarakteri daşıyır.

“Mərkəzi Asiyada tektonik proseslər gedir.Bu siyasi məzmun daşıyır.Qazaxıstana KTMT qüvvələrinin müdaxiləsi təhlükəsizlik tədbirlərinin gücləndirilməsini zəruri edib.Vaşinqton mövcudluğunu saxlamaq və genişləndirmək üçün əlindən gələni etməkdədir”,-o vurğulayıb.

Siyasi şərhçi İlyas Hüseynov Rusiya XİN rəhbərinin ABŞ dövlət katibi Entoni Blinkenlə görüşünüdə şərh edib:

“ABŞ Diplomatiyası rəhbərinin Rusiyanın baş diplomatı Sergey Lavrovla görüşü hazırkı dövrün şəraiti fondunda mühüm maraq kəsb edir.Görüş qlobal məsələlərin həllinə yönəlib.İstəlinən halda görüş gərginlik səviyyəsinin aşağı salmasına xidmət edir”,-o qeyd edib.

Fərahim Rəhimov