Fransa prezidenti Emmanuel Makronun sözlərinə görə, ABŞ-ın alyansı onun vassalı olması demək deyil.
“Yeni Gundem” Xarici KİV-ə istinadən xəbər verir ki, Fransa prezidenti bu sözləri Amsterdamda Hollandiyanın Baş naziri Mark Rutte ilə birgə mətbuat konfransında deyib.
“Müttəfiq olmaq vassal olmaq demək deyil və ya müstəqil düşünmək hüququmuz olmadığı anlamına gəlmir”, – Makron deyib.
Bununla belə, o, Fransanın Tayvanda “status-kvonu” dəstəkləməsində heç bir şeyin dəyişmədiyini və Parisin “Vahid Çin” siyasətini və vəziyyətin sülh yolu ilə həllini dəstəklədiyini bildirib.
Fransa prezidenti Emmanuel Makron bir neçə gün əvvəl Avropanın ABŞ-dan asılılığını azaltmalı və ABŞ və Çin arasındakı qarşıdurmaya qarışmamalı olduğunu söylədi. Onun şərhləri Avropa və ABŞ-da bəzi siyasətçilərin və digər ictimai xadimlərin tənqidinə səbəb olub.
Fərahim Rəhimov