ABŞ-ın Ohayo ştatında peyvənd olunan beş nəfər milyonçu ola bilərbackend

ABŞ-ın Ohayo ştatında koronavirusa qarşı peyvənd olunan beş nəfər milyonçu olmaq şansı qazanacaq.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Ştatın qubernatoru Mayk Deuayn mayın 26-da lotereya keçiriləcəyini bildirib. Lotereyada vaksinasiya kursunu tam keçən və ya ən azından peyvəndin ilk dozası vurulan insanlar iştirak edəcək. Lotereya qaliblərin hərəyə bir milyon dollar qazanacaq.