ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Şəhidlər xiyabanını ziyarət etdibackend

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker Bakıda Şəhidlər xiyabanını ziyarət edib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

“ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Şəhidlər xiyabanında ehtiramını bildirib. Münaqişə nəticəsində yaxınlarını itirən ailələrə və yaxınlara başsağlığı veririk” – bildirilib.