ABŞ-ın Qafqaz üzrə yeni baş məsləhətçisi Azərbaycana gəldibackend

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə yeni baş məsləhətçisi Filip Riker Azərbaycana gəlib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə ABŞ səfirliyi məlumat yayıb.

ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi Filip Riker sentyabrın 13-14-də Azərbaycanda səfərdə olacaq. Səfir Riker ABŞ-ın davamlı sülhün əldə edilməsinə yönələn Azərbaycan-Ermənistan diplomatik səylərinə dəstəyini müzakirə edəcək.