ABŞ-ın qırıcı təyyarəsi qəzaya uğradıbackend

ABŞ-da F-22 Raptor tipli qırıcı təyyarə təlim zamanı qəzaya uğrayıb. 

“Yeni Gündəm” xəbər verir ki, hadisə Florida ştatında Eqlin hərbi bazasında baş verib. ABŞ Hərbi Hava Qüvvələri məsələ ilə bağlı açıqlama verərək bildirib ki, təyyarə bazadan 20 km uzaqda yerləşən boş bir əraziyə düşüb.Kameralarda əks olunan görüntüdə pilotun son dəqiqədə özünü təyyarədən atdığı görünür. Rəsmilər pilotun vəziyyətinin yaxşı olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, qırıcı təyyarənin qiyməti 143 milyon dollardır.