ABŞ-ın Suriyadakı bazasına raket hücumu edildibackend

Livanın Əl-Məyadin telekanalının məlumatına görə, Suriya Ərəb Respublikasının (SAR) şimal-şərqindəki Deyr əz-Zor əyalətindəki Amerika bazası raket hücumuna məruz qalıb.

“Yeni Gundem” Xarici KİV-ə istinadən xəbər verir ki, Deyr əz-Zor əyalətinin şimal-şərqindəki Ömər neft yatağındakı ABŞ bazası bir neçə raketlə vurulub, jurnalistlər təfərrüatları paylaşıblar.

Bundan əvvəl Deyr əz-Zor şəhərinə raket hücumu nəticəsində 5 nəfərin yaralandığı bildirilirdi.

Fərahim Rəhimov