ABŞ -ın Yaxın və Orta Şərqdəki planları alt-üst oldu – AÇIQLAMAbackend

Amerikanın ümumiyyətlə Yaxın və Orta Şərq bütün layihələri alt üst oldu. Yəni onlar istədiklərinə nail ola bilmədilər. “Kürd” dövlətinin yaradılması Vaşinqtonun planlarında var idi və bu prosesdə çalışırdı İsraillə həmahəng çalışsın ki, demək o böyük və vacib rol oynayan bölgədə onun bir yox, heç olmasa iki müttəfiq olsun və Türkiyə ilə bağlı da əlbəttə ki, bu planlar heç bir tərzdə uzlaşa bilməzdi. Çünki Türkiyə, ümumiyyətlə özünün ərazi bütövlüyünün keşiyində duran məmləkətdir. Digər tərəfdən də kürd terrorizmi ilə daim mübarizə aparan bir dövlətdir və onun nəticəsində hansı ağrıları Türkiyə yaşayır, hansı dəhşətlərdən keçir. Bu bəllidir.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında politoloq Tofiq Abbasov bildirib.

Politoloq həmçinin Türkiyədəki baş verən terror hadisələrindən danışdı.

“Yəni 50 ilə yaxındır ki, art qoçuları Türkiyənin şərqində at oynadırlar meydan sulayırlar və ona görə də həm insanlar inciyir, həm orada normal həyat tərzi bərqərar olmur və ona görə də Türkiyənin çox böyük milli resursu, bax o, təhlükəsizliyin qorunmasına sərf olunur. Amma müasir dönəmdə də biz görürük ki, faktiki olaraq məsələ üçün 2015-ci ildəki türklər dərbədirlər dövlət çevrilişinin cəhdi oldu. O proseslərdə Amerika bilavasitə iştirak edirdi və təsadüfi deyil ki, İncillik hərbi bazasından da orada təlimatlar gedirdi. Və çox vacib məqamlardan biri o idi ki, təhlükəsizlik orqanları Türkiyənin onlar o proseslərin qarşısını ala bildilər. Birincisi, Rəcəb Tayyib Ərdoğana sui qəsd planı baş tutmadı və digər tərəfdən də vəziyyət vəziyyətə götürüldükdən sonra o çevriliş cəhdində iştirak edənlərin əksəriyyəti saxlanıldı, tutuldu və bir qayda olaraq izlər hamısı hara? Amerika Birləşmiş Ştatlarına aparırdı və təsadüfi deyil ki, son çıxışlarında da elə məsəl üçün Rəcəb Tayyib Ərdoğan Səmərqənd şəhərində Türkdilli dövlətlərin təşkilatının zirvə görüşündə çıxışında bu məsələyə toxundu ki, orda fetoçular var, terrorçular var və onların qarşısı alınmalıdır. Amma Amerika Birləşmiş Ştatları məsəl üçün bəzilərini onların ekstradisiya etməkdən çəkinir. Boyun qaçırır. Məqsəd burda nədən ibarətdir? Məqsəd ondan ibarətdir ki, Türkiyə artıq elə bir məmləkətə çevrilib ki, o yox deməyi bacarır. Amerika Amerikanın o dəhşətli planları var.

Məsəl üçün Yaxın Şərqdə məmləkətləri parçalayır, onların aras sonra öz şəbəkəsi vasitəsilə sui qəsdlər eləyir, nə bilim aləmi qatışdırır bir birinə və ona görə də bu proseslərdə Türkiyəyə istiqamətlənmiş təhlillərin bir çoxu demək olar ki, zərərsizləşdirilib. Bəli, bu sirr deyil ki, Amerika Birləşmiş Ştatlarının və ona yaxın olan məmləkətlərin Yaxın Şərqdə, Orta Şərqdə böyük casus şəbəkələri var. Onlar istədikləri məqamda vəziyyəti gərgin həddə gətirib çıxara bilirlər. Sonra müxtəlif qruplar arasında nifaq salırlar, onları toqquşdururlar və bu proseslərdə terrordan da istifadə olunur. Elə son terror aktı da onu göstərir ki, bu kimə lazım idi? Əlbəttə ki, bu, Türkiyənin düşmənlərinə lazım idi ki, indi baxmayaraq ki, ABŞ rəsmən Türkiyəni öz müttəfiqi sayır, sonra bunların NATO çərçivəsində yaxınlığı var, həmkarlığı var. Ancaq bunlar heç də göründüyü kimi deyil və təsadüfi deyil ki, Rəcəb Tayyib Ərdoğan və bir çox hallarda elə bu yax bizim NATO dan olan müttəfiqlərimiz öz öhdəliklərini yerinə yetirmirlər və bizə qarşı fəaliyyətdə biz onları həm əllərindən tutmuşuq, həm də suçluyuruq və elə İsveçrə, Finlandiya ilə bağlı görürük də məsəl üçün, onların NATO ya üzvlük məsələsində necə? Rəcəb Tayyib Ərdoğan məharətlə vəziyyətdən istifadə edərək öz şərtlərini qoydu və dedi ki, əgər o terrorçu təşkilatların, kürdlərə aid təşkilatların, demək rəhbərləri, fəalları o ölkələrdən çıxarılıb bizə ekstradisiya edilməsə, biz onda bu iki məmləkətin NATO üzvlüyünə veto qoyacaq. Odur ki, ABŞ artıq açıq aşkar həm öz nüfuzunu itirir və digər tərəfdən də sırf müstəqil siyasət yeridən Məmləkətlərə öz təzyiqlərini gizlətmir və müxtəlif tərzdə onlara pressinq etməyə çalışır və bu sırada Türkiyə ilə demək olar ki, birincidir. Çünki Türkiyə çox Amerika Ü mobil prezidenti yaradır və yaratdı da. Və göstərir ki, ya da müttəfiq olmaq olar, ancaq sən mənim daxili işimə qarışa bilməzsən. Yəni mənim özüm milli prioritetləri var, özümə milli maraqlarım var və onların reallaşmasında mən ancaq və ancaq öz gücümə, öz resursuma güvənirəm. Amma sən mənə burada bu proseslərdə maneçilik törədirsən və təsadüfi deyil ki, indi biz görürük, Fransa bir yandan Türkiyəni sıxmağa cəhdlər göstərir. Yunanıstan, digər tərəfdən Kipr, o birisi tərəfdən, sonra ərəb dünyasında başlayırlar Türkiyənin mövqelərini sarsıtmağa. Yəni bəzi ölkələr var ki, onlar Amerikanın yedəyində gedirlər və birmənalı olaraq məsələ üçün Türkiyə siyasətində görürsən ki, çox sürüşkən bir mövqe tuturlar və ona görə də Süleyman Soylu Türkiyənin daxili işlər naziri açıq şəkildə öz münasibətini bildirərək, Amerikadan gələn o üzrxahlığı sonra baş sağ olsun qəbul etmədi.

Əlbəttə ki, Süleyman soylu demək olar ki, o, siyas deyil, yəni o, güc strukturunun rəhbəridir. Ancaq mən deyərdim ki, Süleyman Soylunun dilindən demək olar ki, rəsmi Ankaranın artıq münasibəti bildirildi. Bu, çox vacib bir hadisədir. Mən onu çox prinsipial və yerində səslənən hadisə kimi qiymətləndirirəm və əlbəttə ki, Amerika gərək bu proseslərdən öz qənaətlərini çıxartsın. Çünki artıq müstəqil dövlət anlayışına gərək sayğıyla hörmətlə yanaşsın. Çünki müstəqil dövlətlər özlərinin suveren hüquqlarını həyata keçirirlər və heç bir dövlətə təhdid törətmədən öz planları üzərində çalışırlar və bu gərək normal bir hal kimi hadisə kimi qəbul edilsin. “

Fərahim RƏHİMOV

Yenigundem.az