“ABŞ İrana hücum edərsə…” – Putin + Video + Yenilənibbackend

Rusiya Prezidenti Vladimir Putinin ənənəvi “Birbaşa xətt” yayımı başlayıb.

“Yeni Gundem” xəbər verir ki, artıq 17-ci dəfədir yerli və xarici KİV nümayəndələri üçün təşkil olunan canlı yayımda Rusiya dövlət başçısına vətəndaşlar tərəfindən əsasən iqtisadi, sosial və məişət məsələləri ilə bağlı suallar ünvanlanır.

Qeyd edək ki, Putinin ötən il iyunun 7-də keçirdiyi görüş 4 saat 20 dəqiqə davam edib.

***

Vladimir Putin Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində bugünə qədər 240 milyard dollar, Rusiyanın isə 50 milyard dollar itirdiyini açıqlayıb.

Bundan başqa, Rusiya Prezidenti ABŞ-ın mövcud sanksiyaları nəticəsində 17 milyard dollar, Yaponiyanın 27 milyard dollar itirdiyini sözlərinə əlavə edib.

***

Dövlət başçısı ölkədə vüsət alan korrupsiya faktlarından da bəhs edərək özünün buna görə məsuliyyət daşıdığını bildirib:

“Bu rüsvayçılığa görə məsuliyyət hiss edirəm. Əgər hiss etməsəydim, sizin bu barədə heç bir məlumatınız olmayacaqdı. Korrupsiya işlərində belədir: biri sürükləyir, digəri götürür”, -deyə o, söyləyib.

***

Putin canlı efir zamanı ABŞ-ın İranla müharibə ehtimalına da toxunub. O, bu cür addımın region üçün böhrana səbəb olacağını deyib:

“Həmçinin, qaçqınların sayı da artacaq. Ümumiyyətlə, hərbi müdaxilənin mənfi nəticələrini hesablamaq çox çətindir”.

***

Putinin 4 saatlıq canlı yayımı başa çatıb.