ABŞ Kiprin yunan icmasına qarşı silah embarqosunu ləğv etdi – Türkiyə XİN-dən ETİRAZbackend

Türkiyə ABŞ-ın Kiprin yunan icmasına qarşı silah embarqosunu ləğv etmək qərarının (2020-ci ilin sentyabrında) əhatə dairəsini genişləndirmək qərarını şiddətlə qınayır. 

”Yeni Gundem” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sentyabrın 17-də yaydığı məlumatda deyilir.

Ankara Quzey Kıbrıs Türk Cümhuriyyəti ilə həmrəy olduğunu vurğulayaraq, ABŞ administrasiyasının hərəkətlərinin Kıbrıs icmaları üçün bərabər hüquqlar prinsipinə zidd olduğunu qeyd edib:

“Vaşinqtonun hərəkətləri Kiprin yunan icmasının barışmaz yanaşmalarını sərtləşdirəcək və bütövlükdə Kıbrıs probleminin həllinə mənfi təsir göstərəcək. Adada silahlanma yarışı başlayacaq ki, bu da bütün Şərqi Aralıq dənizində sabitliyə və sülhə təsir edəcək”.

Ankara Vaşinqtonu qərarlarına yenidən baxmağa və Kiprlə bağlı balanslaşdırılmış siyasətə riayət etməyə çağırıb.

Türkiyə Xarici İşlər Nazirliyi həm ABŞ, həm də bütün dünya ictimaiyyəti tərəfindən 1959-60-cı illər müqavilələri fonunda Kiprdəki türk icmasının hüquqlarının nəzərə alınmasının vacibliyini qeyd edib.

Sənəddə daha sonra qeyd edilir: “Türkiyə Kıbrıs üçün qarant dövlət olaraq, tarixi və hüquqi öhdəliklərinə uyğun olaraq Kıbrıs türklərinin maraqlarını və təhlükəsizliyini qorumaq üçün addımlar atmağa davam edəcək”.