ABŞ konqresmeni koronavirusa yoluxdubackend

ABŞ Nümayəndələr Palatasının üzvü Mario Dias-Balart koronavirusa yoluxub.

“Yeni Gündəm” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə konqresmenin ofisi məlumat yayıb.

“Bir qədər əvvəl ona koronavirus testinin müsbət nəticələnməsi barədə məlumat verdilər”, – konqresmenin əməkdaşları bildirib.

“Mən özümü çox yaxşı hiss edirəm”, – deyə Dias-Balart Tvitter səhifəsində yazıb. Deputat hər kəsi həkimlərin məsləhətlərinə əməl etməyə, virusa yoluxmamağa çalışmağa və bununla da pandemiyanın yayılmasının azaltmağa çağırıb.