ABŞ mediası Kaxovka SES ilə bağlı dezinformasiya kampaniyası aparırbackend

“Rusiyanın guya ən mühüm infrastruktur obyektini partlatması ilə bağlı çoxlu eyhamlar var”, – Anatoli Antonov bildirib.

“Yeni Gundem” xəbər verir ki, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov jurnalistlərə bildirib ki, ABŞ mediası Ukraynanın məsuliyyətini Rusiyanın üzərinə atır.

“ABŞ mediasında Kaxovka Su Elektrik Stansiyasının ətrafında məqsədyönlü dezinformasiya kampaniyası aparılır.

Administrasiya rəsmiləri öz ritorikalarını elə qurublar ki, sanki Rusiya Federasiyası Ukrayna münaqişəsi zamanı baş verən bütün insidentlərə görə hər halda məsuliyyət daşıyır”- deyə o bildirib.

Antonovun sözlərinə görə, “Ukrayna tərəfindən beynəlxalq humanitar hüququn növbəti dəfə kobud şəkildə pozulmasının şahidi olduq”.

“Ekoloji fəlakətə, yaşayış məntəqələrinin və əkin sahələrinin geniş miqyaslı su altında qalmasına səbəb olan terror aktı. Şimali Krım kanalının fəaliyyətini təhlükə altına qoyub”, – o, davam edib.

“Vaşinqtonun himayədarları heç vaxt Kiyevi tənqid etmirlər. Rejimin bütün hərəkətləri bəyənilir, eyni zamanda rusların əziyyət çəkdiyi hər hansı zərbələrə həvəsləndirilir”, – Antonov qeyd edib.

“Bu, artıq dünyada ciddi təlatümlərə səbəb olan səhv düşünülmüş, qüsurlu mövqenin dərslik nümunəsidir. Lakin bu, ABŞ üçün açıq-aydın kifayət deyil və Ukraynanın terror aktları bundan sonra da dəstək alacaq. ABŞ-da bu problemi həll etmək üçün təkcə hərbi mütəxəssislər deyil, həm də siyasi texnoloqlar cəlb olunub”, – Rusiya səfiri əlavə edib.

Xatırladaq ki, iyunun 6-da Ukrayna qüvvələri Kaxovka Su Elektrik Stansiyasına (SES) zərbə endiriblər. Atışma nəticəsində SES-in bəndindəki hidravlik şlüz klapanları sıradan çıxarılaraq suyun nəzarətsiz axıdılmasına səbəb olub.

Novaya Kaxovkada suyun səviyyəsi bir anda 12 metri keçsə də, indi geri çəkilir. Hazırda daşqın zonasında 15 yaşayış məntəqəsi var; yaxınlıqdakı şəhər və kəndlərin sakinləri təxliyə edilir.

Su stansiyasının bəndinin uçması ətraf mühitə ciddi ziyan vurub. Dnepr çayı boyunca əkin sahələri yuyulub, Şimali Krım kanalının dayazlaşması riski var.

Kremlin mətbuat katibi Dmitri Peskov isə Kaxovka SES-ə hücumu Ukraynanın qəsdən törətdiyi təxribat kimi qiymətləndirib. O əlavə edib ki, Kiyev rejimi nəticələrə görə tam məsuliyyət daşımalıdır.

Mənbə: TASS

Aynur Camal