ABŞ MN: Rusiya işğalı daha fərqli və təhlükəli bir mərhələyə qədəm qoyubbackend

ABŞ-ın müdafiə naziri Lloyd Ostin ABŞ Müdafiə Nazirliyində (Pentaqon) Böyük Britaniyanın müdafiə naziri Ben Uolleslə görüşdən əvvəl iki nazir mətbuata vacib açıqlamalar verib.

“Yeni Gündəm” xarici mətbuata istinadla xəbər verir ki, Ostin ABŞ və İngiltərə arasında münasibətlərin kifayət qədər güclü olduğunu və Rusiyanın Ukraynaya hücumu ilə bu münasibətlərin daha da güclənməsini diqqətə çəkib.

“Birləşmiş Ştatlar və Böyük Britaniya Ukraynanın silahlı qüvvələri və xalqı ilə daim həmrəydir. Bütün dünya ukraynalıların cəsarətinə heyrandır. Mən sizinlə birlikdə Ukraynanın demokratiyasını və suverenliyini müdafiə etməkdən, onlara kömək etməkdən qürur duyuram. Hal-hazırda Rusiya işğalı daha təhlükəli fərqli bir mərhələyə qədəm qoyub, lakin biz birlikdə mübarizə aparmağa davam edəcəyik və Ukraynanın özünümüdafiə üçün indi və gələcəkdə ehtiyac duyduğu dəstəyi sürətlə təmin edəcəyik”,- nazir bildirib.