“ABŞ prezidenti Co Bayden İsrailə təsir etməli və Qəzza zolağında atəşkəsə əməl etməlidir”!
“Yeni Gundem” Reuters-ə istinadən xəbər verir ki, bu ultimatumu Amerika liderinə ABŞ Müsəlman Şurası verib.
“Milli Müsəlman Demokratik Şurası Baydeni saat 17:00-a (Bakı vaxtı ilə 12:00) qədər atəşkəs əldə etmək üçün İsrailə təsirindən istifadə etməyə çağırıb”, – deyə agentlik bildirib.
Təşkilat açıqlamasında bildirib ki, Bayden administrasiyasının qeyd-şərtsiz dəstəyi, o cümlədən maliyyə və silahlar “zorakılığın davam etdirilməsində mühüm rol oynayıb”.
Bundan əvvəl İsrailin Qəzza zolağında hərəkətlərinə qarşı çıxan fəallar ABŞ Konqresinə soxularaq ABŞ dövlət katibi Entoni Blinkenin çıxışını kəsiblər. Nümayişçilər Vaşinqtonun İsrail və Ukraynaya əlavə maliyyə yardımı göstərməsi ilə bağlı parlament dinləmələrinə sızıblar.
Mənbə: Lenta.Ru
Aynur Camal