“ABŞ NATO müttəfiqləri ilə tərəfdaşlığını yeniləmək istəyir”backend

“ABŞ Şimali Atlantika Şurası çərçivəsində müttəfiqləri ilə tərəfdaşlığı yeniləmək və canlandırmaq niyyətindədir”.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken NATO Baş katibi Yens Stoltenberqlə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Mən buraya Birləşmiş Ştatlar adından müttəfiqlərlə olan möhkəm bağlılığımızı ifadə etmək üçün gəlmişəm. ABŞ ilk növbədə NATO müttəfiqləri ilə tərəfdaşlığını yeniləmək, əvvəl olduğu kimi bu tərəfdaşlığı canlandırmaq istəyir”, – deyə E. Blinken qeyd edib.

Xatırladaq ki Brüsseldə NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşü keçirilir. Bu görüşdə iştirak etmək üçün Brüsselə səfər etmiş ABŞ Dövlət katibi Avropa İttifaqı institutlarının rəhbərləri ilə də görüşəcək.