İran XİN başçısı: “Biz orada yaşayırıq, amma ABŞ yox”.
“Yeni Gundem”in əldə etdiyi məlumata görə, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan CNN kanalına müsahibə verib:
Sual: Mənim anlamadığım odur ki, İrana hücum edilməyib, İran indiki böhranın tərəfi deyildi. Bəs niyə qarışdı?
Abdullahiyan: “Biz orada yaşayırıq, amma ABŞ yox. Onlar bizdən minlərlə kilometr uzaqda yerləşirlər. Onlar bizim regionun həyatının hər sahəsinə müdaxilə edirlər. Biz ABŞ hökumətindən soruşmalıyıq: İraqda nə edirsiniz? Orada hərbi bazalar yerləşdirmək üçün sizi Suriya hökuməti dəvət edib? Onlardan soruşun ki, 7 min fələstinli qadın və uşağın öldürüldüyü müharibədə Netanyahunun arxasında nə edirdiniz?”
Mənbə: Azad İran
Aynur Camal