ABŞ ordusunun Əfqanıstandakı hərbi missiyası bu tarixdə başa çatacaqbackend

ABŞl Prezidenti Co Bayden Əfqanıstandakı Amerika hərbi missiyasının müddətinin başa çatacağı tarixi açıqlayıb.

“Yeni Gündəm” “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, Bayden mətbuat konfransı zamanı bu missiyanın avqustun 31-də bitəcəyini bildirib.

“Əfqanıstan ordusunun “Taliban” döyüşçülərinə uğurla müqavimət göstərə biləcəyinə inanıram”, – deyə Bayden qeyd edib.

O, həmçinin vurğulayıb ki, ABŞ qoşunları ölkəni tərk etdikdən sonra Əfqanıstanı tək bir hökumətin idarə etməsi ehtimalı çox azdır.