“Bayden administrasiyası bu il Ukraynaya kömək etmək üçün borc pul götürməli olacaq”.
“Yeni Gündəm” xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın respublikaçı senatoru Rand Paul bildirib.
O, Vaşinqtonun artıq Kiyevə kömək etmək üçün kifayət qədər pulunun olmadığını və Çindən borc alacağı fikrini irəli sürüb.