ABŞ siqaretlərdə nikotinin miqdarını azaldacaqbackend

ABŞ rəhbərliyi siqaretlərdə nikotinin miqdarını azaldacaq.

“Yeni Gündəm” xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Qida Məhsullarının və Dərmanların keyfiyyətinə Sanitar Nəzarət İdarəsi (FDA) açıqlayıb.

Bu barədə qərarın 2023-cü ildə qüvvəyə minəcəyi gözlənilir. İdarə qeyd edib ki, nikotin siqaretdə olan bütün maddələr içərisində ən çox asılılıq yaradan maddədir.

Bildirilir ki, ölkənin bunu etməkdə məqsədi insanları siqareti tərgitməyə təşviq etmək və gənclərin kəskin siqaret aludəçilərinə çevrilməsinin qarşısını almaqdır.