ABŞ telekanalı Mirələmovla videosu yayılan qızı axtarır – Pul verəcəklərbackend

Sabiq deputat Hüseynbala Mirələmovun öz işçisinə qarşı qeyri-etik davranışı videosunu amerikalı şoumen Jimmy Kimmel öz verilişində efirə vermişdi. Kadrlarda isə qızın üzünü bağlamamışdılar.

“Yeni Gündəm” xəbər verir ki, bununla bağlı azərbaycanlı gənclər Jimmy Kimmelin komandası ilə əlaqə quraraq bu davranışlarının səhv olduğunu izah ediblər.

Verilişin işçiləri səhv etdiklərini boyunlarına alıblar, həmin videonu kanallarından siliblər və ən əsası videoda qadının üzünü gizlətmədikləri üçün və beləcə ona verdikləri mənəvi ziyana görə həmin qadına təzminat ödəmək istədiklərini bildiriblər.