ABŞ Türkiyəyə qarşı sərt sanksiyalar tətbiq etdibackend

ABŞ hökumətinin Türkiyəyə sanksiyalar paketi təsdiqlənib.

“Yeni Gündəm” xəbər verir ki, ABŞ XİN rəhbəri Mike Pompeo rəsmi Ankaranı S-400 məsələsi ilə bağlı problemi həll etməyə dəvət edib.

Bu sanksiyalar ilə:

➡Türkiyə ABŞ-dan mal və texnoloji ixracat lisenziyası ala bilməyəcək;

➡ABŞ Maliyyə qurumları Türkiyəyə kredit verməyəcək;

➡Beynəlxalq Maliyyə qurumları Türkiyəyə kredit verməyəcək;

➡Türkiyə Maliyyə qurumları ABŞ Mərkəzi Bankı ilə birbaşa təmasa keçə bilməyəcək;

➡Sanksiyaların tətbiq ediləcəyi qurumlara və ya şəxslərə layihə və ya müqavilələrdə iştirak icazəsi verilməyəcək;

➡Xarici valyutada əməliyyatları qadağan ediləcək;

➡Maliyyə qurumları və banklar arasında ödəniş və kredit transferlərinə qadağa qoyulacaq;

➡Sanksiyalar tətbiq ediləcək şəxslər və ya qurumlar ABŞ ərazisində daşınmaz əmlaka sahib ola bilməyəcək;

➡Sanskiyalar tətbiq ediləcək şəxslər və ya qurumlar investisiya və ya borc verə bilməyəcək;

➡Sanksiyalar tətbiq ediləcək şəxslər ABŞ ərazisinə daxil ola bilməyəcək;

Qeyd edək ki, sanksiyaları tətbiq edəcək qurumun rəhbəri bu maddələrdən ən azı 5-ni seçib tətbiq edə biləcək.

Həmçinin ABŞ Maliyyə Nazirliyi Türkiyənin dörd rəsmi şəxsinə qarşı sanksiya tətbiq edib.

“Qara siyahı”ya Türkiyə Müdafiə Sənayesi Katibliyi və onun rəhbəri İsmayıl Dəmirin adı daxil edilib.