ABŞ Ukraynaya əlavə silah tədarük edəcəkbackend

ABŞ Ukraynaya əlavə silah və hərbi məsləhətçilər göndərməyi planlaşdırır.

“Yeni Gündəm” “CNN”ə istinadən xəbər verir ki, buna səbəb kimi Rusiya Silahlı Qüvvələrinin Ukrayna sərhədi yaxınlığında cəmləşməsi ilə bağlı iddialar göstərilir.

Telekanalın mənbələrinin məlumatına görə, Vaşinqton Ukraynaya “Javelin” tank əleyhinə raket kompleksləri və minaatanlar göndərmək istəyir.

“Ukraynalı hərbçilər, həmçinin ABŞ-dan “Stinger” zenit-raket kompleksləri, amerikalılar tərəfindən alınmış Rusiyanın “Mi-17” helikopterlərini də əldə edə bilər”, – deyə mənbə bildirib.

ABŞ administrasiyasının bəzi nümayəndələrinin bu açıqlamadan narahat olduğu qeyd olunur. Onların fikrincə, Kreml bu cür tədarükləri Amerika rəhbərliyinin vəziyyəti nəzərəçarpacaq dərəcədə gərginləşdirməyə cəhdi kimi qəbul edə bilər.