ABŞ prezidenti Co Bayden paytaxt Vaşinqtonda Kosta-Rika prezidenti Rodriqo Çaves ilə görüşüb.
“Yeni Gundem”in verdiyi xəbərə görə, Çavesi Ağ Evdə salamlayan Bayden, iki ölkə arasındakı “ortaq baxışı” vurğulayıb və deyib: “Biz daha çox imkan, azadlıq və bərabərlik və səmimi desək, bütün xalqımız üçün ləyaqət olan bir gələcək vizyonunu paylaşırıq”.
Kosta Rika prezidenti Çaves iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşməsinə görə təşəkkür edib və mütəşəkkil cinayətkarlıqla mübarizədə ABŞ-dan dəstək istəyib.
Bildirilib ki, iki lider regional təhlükəsizlik və iqtisadi məsələləri, xüsusilə qeyri-qanuni miqrantlar məsələsini müzakirə ediblər. Kosta Rika prezidenti sonuncu dəfə 2006-cı ildə, Corc Buş administrasiyası dövründə Ağ Evdə qonaq olub.
Mənbə: İLKHA
Aynur Camal