ABŞ və Qırğızıstanın münasibətləri pozulubbackend

“Yeni Gündem”  xəbər verir ki, bunu Qırğızıstan Xarici İşlər Nazirliyi bəyan edib.

ABŞ-ın Qırğızıstan vətəndaşlarının müəyyən kateqoriyalarına vizaların verilməsini məhdudlaşdırması qərarından sonra, ölkələr arasındakı münasibətlərə ziyan dəyib.

“ABŞ Administrasiyasının respublika vətəndaşlarının maraqlarına təsir edən qərarından təəssüflənirik. Bilirik ki, bu şəkildə Qırğızıstan-Amerika münasibətləri həssas şəkildə zərər gördü “, – deyə Qırğızıstan Xarici İşlər Nazirliyi bildirib.

Bir müddət əvvəl ABŞ təhlükəsizlik vəziyyətinə görə Qırğızıstan, Myanma, Nigeriya, Sudan, Tanzaniya və Eritreya vətəndaşlarının ölkəsinə səfərlərini məhdudlaşdırıb. Söhbət immiqrant vizaları və “Yaşıl kart” lotereyasında iştirakdan gedir.

ABŞ səfirliyi, ABŞ-a getməyi planlaşdıran Qırğızıstan vətəndaşları üçün viza məhdudiyyətlərinin turistlərə, iş adamlarına, işçilərə və tələbələrə təsir etməyəcəyini bildirmişdi