ABŞ xəbərdarlıq etdi: “Şimali Koreya yeni nüvə sınağı keçirə bilər”backend

Şimali Koreya artıq taktiki və ya kiçik ölçülü nüvə silahlarından da istifadə etməyə niyyətlidir.

“Yeni Gündəm” “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Sunq Kim açıqlama verib. Sunq Kim bildirib ki, ölkəsi müttəfiqi Cənubi Koreya ilə birlikdə rəsmi Pxenyanla qeyd- şərtsiz diplomatik əlaqələr qurmaq istəyir.

Xatırladaq ki, Şimali Koreya bu il 31 ballistik raketin sınağını həyata keçirib. Bu da 2019-cu ildə həyata keçirdiyi 25 sınaqdan daha çoxdur.